İsmayıllıda keçirilən mağar toyunda kütləvi zəhərlənmə olub.
Hadisə rayonun Hacıhətəmli kəndində qeydə alınıb.
24 nəfər zəhərlənmə diaqnozu ilə Göyçay Rayon Mərkəzi Xəstəxanasına müraciət edib. Hazırda xəstələrin vəziyyəti yaxşıdır. İlkin tibbi yardım göstərildikdən sonra evə buraxılıblar.
Son məlumata görə, bu gün daha 6 nəfər zəhərlənmə əlamətləri ilə xəstəxanaya müraciət edib. Bununla da zəhərlənənlərin sayı 30-a çatıb.
İlkin ehtimala görə, məclisdəkilər salatdan zəhərləniblər.
Baş verən zəhərlənmə hadisəsi ilə bağlı Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssisləri müvafiq qurumların əməkdaşları ilə birgə araşdırmalara başlayıb.