Bu gün Xaçmaz dairəsində yol-nəqliyyat hadisəsi qeydə alınıb. Bu barədə ShimalNews 19 avqust tarixində məlumat verir.
Adıçəkilən ərazidə saat 08:30 radələrində 2 avtomobil toqquşub. “Qaz 3110” və “VAZ 21099” markalı avtomobillərin sürücüləri bir-birinə yol verməyib. Nəticədə yol hərəkəti iştirakçılarının arasında mübahisə düşüb.
Əraziyə YPX və PPX əməkdaşları cəlb edilib. Şahidlərin sözlərinə görə, hər 2 nəfər polis bölməsinə aparılıb.