Xaçmaz rayonunun Xudat şəhərində yolun vəziyyəti sürücülərin narazılığına səbəb olub.
Shimal.News-un məlumatına görə, bu hal şəhərin mərkəzində, Heydər Əliyev və Axundov küçələrinin kəsişməsində müşahidə olunur.
Ərazidə yol örtüyündə çöküntü və nahamarlıqlar yaranıb. Nəqliyyat vasitələri bu hissədən keçərkən çuxur və yolun səviyyəsindəki fərqlə qarşılaşır. Sürücülərin sözlərinə görə, klirensi hündür olmayan avtomobillərin alt hissəsi nahamar sahəyə toxuna və problemlər yarada bilər. Xudat şəhərinin mərkəzində belə yolun olması suallar doğurur.
Sözügedən ərazidə nəqliyyatın hərəkəti kifayət qədər intensivdir. Sakinlər yolun vəziyyətinin uzun müddətdir diqqətdən kənarda qaldığını bildirirlər.