Xudat şəhərinin mərkəzi yollarının birində asfalt örtüyündə əmələ gələn şiş təmir edilib. Bu barədə ShimalNews 29 avqust tarixində məlumat verir.
M.F.Axundov küçəsində asfaltda əmələ gələn zədə ötən həftə müzakirə obyektinə çevrilmişdir. Artıq əraziyə texnika cəlb edilərək bərpa işləri icra olunub.
Bundan öncə adıçəkilən ərazidə asfaltın bu vəziyyətdə olması haqqında məlumat vermişdik.