Xudatda saat 10:05 radələrində “07” hasara çırpılaraq onu uçurdub. Bu barədə ShimalNews 22 avqust tarixində məlumat verir.
Hadisə O.Mirzoyev küçəsində baş verib. “VAZ 2107” markalı avtomobilin sürücüsü idarəetməni itirib. Nəticədə nəqliyyat vasitəsi maneəyə dəyib.
Xəsarət alan olmayıb. Əraziyə polis əməkdaşları cəlb ediliblər.