Xudat şəhərinin əsas yollarının birində hərəkət qismən məhdudlaşdırılıb. Bu barədə ShimalNews 23 avqust tarixində məlumat verir.
Şəhər ərazisindəki yollarda nişanlanma işləri aparılır. Hal-hazırda M.F.Axundov küçəsində piyada keçidi rənglənir. Bu səbəbdən ərazidə mühafizə zolağı yaradılıb və yolun bir hissəsi bağlanıb.