Xaçmaz rayonunda bu gün təbii qazın verilişində yaranan fasilənin səbəbi məlum olub.
Shimal.News-un məlumatına görə, saat 12:00 radələrində torpaq sürüşməsi nəticəsində Qusarçayın yatağından keçən qaz kəməri qırılıb.
Nəticədə Qırağlı, Gödəkli, Çaykənarı, Manafoba və Ağaşirinoba kəndlərinin qaz təchizatında müvəqqəti fasilə yaranıb.
Xaçmaz Regional Qaz İstismarı İdarəsi məlumatı təstiqləyib.