Xaçmazda yol-nəqliyyat hadisəsində xəsarət alanların kimliyi məlum olub. Bu barədə ShimalNews 25 avqust tarixində xəbər verir.
Dünən Gəndob-Xaçmaz-Yalama avtomobil yolunun Qusarçay kəndindən keçən hissəsində "Fiat" və "Daewoo" markalı avtomobillər toqquşmuşdular.
Nəticədə 37 yaşlı Rəşid Hacıyev və 28 yaşlı Şəlalə Qasımova müxtəlif dərəcəli xəsarətlər alıblar.
Yaralılar Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilmişdilər.