Xaçmaz rayonunda bir müddət öncə yol-nəqliyyat hadisəsi baş verib. Bu barədə ShimalNews 7 sentyabr tarixində məlumat verir.
Hadisə Quba-Xaçmaz yolunda qeydə alınıb. “VAZ-2107” və “VAZ-21010” markalı avtomobillər toqquşub. Nəticədə nəqliyyat vasitələri sıradan çıxıb.
Xəsarət alan olmayıb.
Şahidlərin sözlərinə görə, “010” yüksək sürətlə hərəkət edərək “07”-ni arxadan vurub.