Xaçmaz rayon sakini paytaxtda qəzaya uğrayıb. Bu barədə ShimalNews 5 oktyabr tarixində Daxili İşlər Nazirliyin mətbuat xidmətinə istinadən məlumat verir.
Hadisə ötən gün saat 21:00 radələrində Nizami rayonu ərazisində baş verib. Oqtay Rüstəmov yolu keçən zaman müəyyən edilməyən avtomobillə vurulub. Nəticədə vətəndaş hadisə yerində ölüb.
Faktla bağlı Nizami Rayon Polis İdarəsi tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.