Zaqatala Rayon Mərkəzi Xəstəxanasında kadr dəyişikliyi baş verib.
Məlumata görə, xəstəxananın direktor müavini Camal Qardaşov TƏBİB rəhbərinin əmri ilə tutduğu vəzifədən azad edilib.
Qeyd edək ki, Camal Qardaşov TƏBİB-in keçmiş rəhbəri Vüqar Qurbanovun yaxın qohumudur.
Onun vəzifədən azad edilməsinin səbəbi barədə məlumat verilməyib.
Mənbə: Lent.az