top
Təmir olunan məktəbdə təhsil niyə davam etmir? - Xudatdan şikayət
Video
03 sentyabr 2026, 10:20
- ↺ +

Təmir olunan məktəbdə təhsil niyə davam etmir? - Xudatdan şikayət

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Xudat şəhər 4 nömrəli məktəb-liseylə bağlı valideynlər arasında narazılıq yaranıb.

Shimal.News-a danışan valideynlərin sözlərinə görə, yeni tədris ilindən etibarən məktəbin yalnız IX sinfə qədər fəaliyyət göstərəcəyi və X-XI sinif şagirdlərinin Xudat şəhər N.Nərimanov adına 2 nömrəli tam orta məktəbə göndəriləcəyi bildirilib.

Valideynlər isə bu qərara etiraz edirlər. Onlar məktəbin əvvəlki qaydada fəaliyyətini davam etdirməsini və övladlarının təhsillərini yaşadıqları əraziyə yaxın məktəbdə davam etdirməsini istəyirlər.

Valideynlərdən biri bildirib ki, övladlarının başqa məktəbə göndərilməsi ailələr üçün əlavə çətinlik yaradacaq:

"Uşaqlarımız 10-cu sinfə keçir. Qoymurlar ki, öz məktəblərində təhsillərinə davam etsinlər. Deyirlər ki, 10-11-ci sinifləri 2 nömrəli məktəbə göndərəcəklər. Mənim iki qızım var. Biri 6-cı, digəri isə 10-cu sinfə keçir. Özüm də işləyirəm. Əvvəl rahat idim ki, məktəb evimizin yaxınlığındadır, bacılar eyni yolla gedib-gəlirlər və bir yerdə olurlar. Hər hansı hadisə baş verərsə, bir-birlərinə dəstək ola bilərlər.

Məktəbi təmir etdikləri zaman da uşaqlarımızı başqa məktəbə göndərmişdilər və bununla bağlı xeyli əziyyət çəkdik. İndi isə təmir olunmuş məktəb olduğu halda, uşaqlarımızı yenidən evlərimizdən uzaqda yerləşən məktəbə göndərmək istəyirlər. Valideynlərin heç biri bununla razı deyil".

Valideynlər məsələnin aidiyyəti qurumlar tərəfindən nəzərdən keçirilməsini və şagirdlərin öz məktəblərində təhsillərini davam etdirməsinə şərait yaradılmasını istəyirlər.

Məsələ ilə bağlı Quba-Xaçmaz Regional Təhsil İdarəsinə sorğu ünvanlanıb.

@shimal.news Xudat şəhər 4 nömrəli məktəb-liseylə bağlı valideynlər arasında narazılıq yaranıb. Shimal.News-a danışan valideynlərin sözlərinə görə, yeni tədris ilindən etibarən məktəbin yalnız IX sinfə qədər fəaliyyət göstərəcəyi və X-XI sinif şagirdlərinin Xudat şəhər N.Nərimanov adına 2 nömrəli tam orta məktəbə göndəriləcəyi bildirilib. Valideynlər isə bu qərara etiraz edirlər. Onlar məktəbin əvvəlki qaydada fəaliyyətini davam etdirməsini və övladlarının təhsillərini yaşadıqları əraziyə yaxın məktəbdə davam etdirməsini istəyirlər. Valideynlərdən biri bildirib ki, övladlarının başqa məktəbə göndərilməsi ailələr üçün əlavə çətinlik yaradacaq: “Uşaqlarımız 10-cu sinfə keçir. Qoymurlar ki, öz məktəblərində təhsillərinə davam etsinlər. Deyirlər ki, 10-11-ci sinifləri 2 nömrəli məktəbə göndərəcəklər. Mənim iki qızım var. Biri 6-cı, digəri isə 10-cu sinfə keçir. Özüm də işləyirəm. Əvvəl rahat idim ki, məktəb evimizin yaxınlığındadır, bacılar eyni yolla gedib-gəlirlər və bir yerdə olurlar. Hər hansı hadisə baş verərsə, bir-birlərinə dəstək ola bilərlər. Məktəbi təmir etdikləri zaman da uşaqlarımızı başqa məktəbə göndərmişdilər və bununla bağlı xeyli əziyyət çəkdik. İndi isə təmir olunmuş məktəb olduğu halda, uşaqlarımızı yenidən evlərimizdən uzaqda yerləşən məktəbə göndərmək istəyirlər. Valideynlərin heç biri bununla razı deyil”. Valideynlər məsələnin aidiyyəti qurumlar tərəfindən nəzərdən keçirilməsini və şagirdlərin öz məktəblərində təhsillərini davam etdirməsinə şərait yaradılmasını istəyirlər. Məsələ ilə bağlı Quba-Xaçmaz Regional Təhsil İdarəsinə sorğu ünvanlanıb. #quba #məktəb #xudat #xaçmaz ♬ original sound - shimal.news

Son xəbərlər

Hadisə
Bu gün, 18:35

Şimalda dəm qazı təhlükəsi: Faciələr təkrarlanır, dərs çıxaran varmı?

Cəmiyyət
Bu gün, 00:05

Bu gün Müstəqilliyin Bərpası Günüdür

Cəmiyyət
Bu gün, 00:01

Vətən müharibəsinin 22-ci günü: XRONİKA

Hadisə
Dünən, 18:10

Qusarda çaqqalın yaraladığı qadın danışdı: "Günorta vaxtı hücum etdi"

Cəmiyyət
Dünən, 17:30

Qubada günlərdir palçıqlı su gəlir: "Bu suyu heyvanlar belə içməz"

Cəmiyyət
Dünən, 16:30

Qusarda bünövrəsi qoyulan körpünün tikintisi nə vaxt başa çatacaq?

Hadisə
Dünən, 15:30

Zaqatalada yük maşınının vurduğu 66 yaşlı qadın ölüb

Cəmiyyət
Dünən, 14:35

Xaçmazın mərkəzində yamaqlı, çala-çuxurlu yol

Cəmiyyət
Dünən, 13:38

Qubada məktəblilər arasında atıcılıq yarışı keçirilib

Hadisə
Dünən, 12:45

İsmayıllıda nasaz avtomobil sürücünün həyatına son qoydu

Cəmiyyət
Dünən, 11:46

Qusar məktəbi 3 vəzifə üzrə işçi axtarır

Cəmiyyət
Dünən, 10:50

Şimallı qəhrəman şəhidlərimizin doğum günüdür

Hadisə
Dünən, 10:04

Qubada 29 yaşlı kişinin meyiti tapıldı - iki ay əvvəl evlənmişdi

Cəmiyyət
Dünən, 09:06

Qəbələdə bu yolda asfalt yox, çuxur və gölməçə var

Cəmiyyət
Dünən, 00:05

Füzulinin işğaldan azad olunmasından 6 il ötür

Hadisə
Dünən, 00:03

Gəncənin 5-ci dəfə raket atəşinə tutulmasından 6 il ötür

Hadisə
Dünən, 00:01

Vətən müharibəsinin 21-ci günü: XRONİKA

Cəmiyyət
16 oktyabr 2026, 21:11

Qusarda selin dağıtdığı yolda bərpa işləri aparılır

Cəmiyyət
16 oktyabr 2026, 20:24

Anar Bayramov 5 rayonun sakinlərini qəbul edib

Hadisə
16 oktyabr 2026, 20:11

Ödənişli yolda yük maşını aşıb, bir nəfər ölüb

Cəmiyyət
16 oktyabr 2026, 18:00

Nazir: Hədəf kəndlərdə həyat səviyyəsinin yüksəldilməsidir"

Hadisə
16 oktyabr 2026, 17:27

Xaçmazın "məşhur" kəsişməsində növbəti qəza: avtomobil darvazaya çırpıldı

Cəmiyyət
16 oktyabr 2026, 17:00

Rəqəmsal inkişaf və nəqliyyat naziri Qəbələdə vətəndaşlarla görüşüb

Cəmiyyət
16 oktyabr 2026, 16:00

Babək Ramaldanovun anım günüdür

Oxşar xəbərlər