Bu il ali təhsil müəssisələrinə qəbul olaraq tələbə adını qazananlar arasında Şimal rayonlarından olan şəhidlərimizin övladları da yer alıb.
Bu barədə "Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyi məlumat yayıb.
Həmin tələbələrin siyahısını təqdim edirik.
(Qusar) Şəhid Mayor Zamanov Sənanın övladı Zamanova Fidan – Bakı Dövlət Universiteti, Dövlət və ictimai münasibətlər fakültəsi;
(İsmayıllı) Şəhid Polkovnik – leytenant Tağıyev Ruslanın övladı Tağızadə Fuad - Bakı Slavyan Universiteti, Regionşunaslıq, (Mərkəzi Asiya ölkələri üzrə), əyani;
(Qax) Şəhid Polkovnik – leytenant Məmmədov Sadiqin övladı Məmmədov Sənan – Azərbaycan Dövlət İqtisad Universiteti, Komputer mühəndisliyi, əyani;
(Şəki) Şəhid Gizir Tağıyev Rahimin övladı Tağızadə Nicat – Azərbaycan Memarlıq və İnşaat Universiteti, İnformasiya texnologiyaları, əyani;
(Qax) Şəhid Mayor Omarov Aqilin övladı Omarov Uğur – Azərbaycan İdman Akademiyası, Fiziki tərbiyə, əyani.