top
Şəkidə zibil qabı tapılmır – Şəhərdə antisanitar vəziyyət
Foto
21 avqust 2026, 23:49
- +

Şəkidə zibil qabı tapılmır – Şəhərdə antisanitar vəziyyət

Şəki şəhərində məişət tullantılarının toplanması və daşınması ilə bağlı problem sakinlərin narazılığına səbəb olub.

Shimal.News-a müraciət edən sakinlərin sözlərinə görə, şəhərin bir çox ərazisində zibil qablarının olmaması antisanitar vəziyyətin yaranmasına şərait yaradır.

Bildirilib ki, çoxmərtəbəli binaların sakinləri üçün tullantıların toplanması məqsədilə müəyyən yerlər ayrılsa da, şəhərin digər hissələrində vəziyyət fərqlidir. Zibil qablarına əsasən mağazaların qarşısında rast gəlmək mümkündür.

Sakinlərin sözlərinə görə, bəzi ərazilərdə tullantıların daşınması üçün hər ailədən aylıq 2 manat pul toplanır. Bunun qarşılığında zibil maşını həftədə bir dəfə əraziyə gəlir.

Digər sakinlər isə hər gün səhər saat 09:00-dək məişət tullantılarını əsas yolun kənarına çıxarıb qoyurlar. Vaxtında çıxarılmayan tullantıların isə növbəti günə qədər ərazidə qaldığı bildirilir.

Sakinlər hesab edirlər ki, tullantıların bu cür toplanması həm şəhərin görünüşünə, həm də sanitariya vəziyyətinə mənfi təsir göstərir. Onlar zibil qablarının sayının artırılmasını və tullantıların daşınması sisteminin daha səmərəli təşkil olunmasını istəyirlər.

Son xəbərlər

Cəmiyyət
Bu gün, 13:00

Qusarlı məzun 689,4 balla BANM-da

Cəmiyyət
Bu gün, 12:10

Qusarda yollar yenilənir: 18 küçə təmir olunacaq

Hadisə
Bu gün, 11:20

Qəbələdə mikroavtobus piyadanı vurub

Cəmiyyət
Bu gün, 10:30

126 illik Xudat stansiyasının acınacaqlı vəziyyəti - ŞİKAYƏT

Hadisə
Bu gün, 09:30

Xaçmazda avtomobil bərbərxanaya çırpılıb, sürücü yaralanıb

Cəmiyyət
Dünən, 17:43

Xaçmazda asfalt qarışığı yola töküldü, hərəkət çətinləşdi

Cəmiyyət
Dünən, 16:58

Xaçmazda gənclər Xəzəri "təmizlədilər"

Hadisə
Dünən, 16:26

Qaxda 36 kilo ət oğurlayan şəxs saxlanıldı

Kriminal
Dünən, 15:30

İsmayıllıya köçmək istəyən ata döyüldü

Hadisə
Dünən, 14:48

Güclü yağış Quba-Xınalıq yolunda fəsad törətdi

Cəmiyyət
Dünən, 14:07

Xaçmaz Dəmiryol Vağzalı yenilənir

İdman
Dünən, 12:54

"Qəbələ" və "Şamaxı" meydanda

Cəmiyyət
Dünən, 12:10

Qəbələnin kəndini 35 ildir qazla təmin edə bilmirlər

Cəmiyyət
Dünən, 11:33

Qusarlı şəhidimizin doğum günüdür

Cəmiyyət
Dünən, 10:38

Xudatdakı 4 nömrəli məktəbin taleyi bəlli oldu: RƏSMİ  AÇIQLAMA

Hadisə
Dünən, 09:41

Şəkidə yanğınlar baş verib, ev və avtomobil yanıb

İqtisadiyyat
Dünən, 09:22

Bazarda fındıq QİYMƏTLƏRİ

Kriminal
03 sentyabr 2026, 18:05

Qaxda iki avtomobil toqquşdu, "Hyundai" aşdı

Cəmiyyət
03 sentyabr 2026, 17:58

Xaçmazda fasadı uçan bina təmir edilir

Hadisə
03 sentyabr 2026, 17:47

Qusarın Laza kəndində palçıq və lil axını müşahidə olunub

Hadisə
03 sentyabr 2026, 17:45

Qusarda təcili tibbi yardım avtomobili yük maşını ilə toqquşdu

İdman
03 sentyabr 2026, 17:13

Məhəmmədəli Osmanlı UFC-nin döyüşçüsü oldu

Hadisə
03 sentyabr 2026, 16:44

Zaqatalalı gənc Xocavənddə faciəli şəkildə ödlü

Kriminal
03 sentyabr 2026, 15:57

Tiktoker "Çevik"in döyülməsinin TƏFƏRRÜATLARI

Oxşar xəbərlər