top
Şəkidə 30 ildir təmir üzü görməyən yol: Sakinlər narazıdır
Video
18 avqust 2026, 17:14
- ↺ +

Şəkidə 30 ildir təmir üzü görməyən yol: Sakinlər narazıdır

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Şəkinin Daşüz kəndinə gedən yolun vəziyyəti sakinlərin ciddi narazılığına səbəb olub.

Məlumata görə, təxminən 500 sakinin yaşadığı kənd magistral yoldan 6 kilometr məsafədə yerləşir.

Yolun başlanğıc və kəndə giriş hissəsi asfaltlanıb. Lakin dağ yamaclarından keçən hissədə uzun illərdir təmir aparılmadığından iri çuxurlar və palçıqlı gölməçələr yaranıb.

Dik yoxuşlar və dolaylı dağ yolları xüsusilə yağışlı havalarda avtomobillərin hərəkətini çətinləşdirir.

Sakinlər bildirirlər ki, yolun təxminən 30 ildən çoxdur təmir olunmayan hissələri var. Onların sözlərinə görə, yayda toz, yağışlı və qış aylarında isə palçıq ciddi problem yaradır.

Kənddə ərzaq mağazasının olmadığını deyən sakinlər gündəlik ehtiyaclarını qarşılamaq üçün rayon mərkəzinə getməli olurlar. Bu isə yararsız yol səbəbindən əlavə çətinlik yaradır.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib ki, Daşüz kəndinə gedən yoldakı vəziyyət qurumun diqqətindədir.

Qeyd olunub ki, yolun əsaslı şəkildə yenidən qurulması ilə bağlı təkliflər hazırlanaraq aidiyyəti üzrə təqdim edilib.

Layihənin növbəti dövlət investisiya proqramına daxil edilməsi nəzərdə tutulur. Maliyyələşmə məsələsi həll olunduqdan sonra yolda əsaslı yenidənqurma işlərinin aparılması təmin ediləcək.


Mənbə: Xezerxeber.az

Son xəbərlər

Cəmiyyət
Bu gün, 00:05

Bu gün Zəngilan Şəhəri Günüdür

Cəmiyyət
Bu gün, 00:01

Vətən müharibəsinin 24-cü günü: XRONİKA

Hadisə
Dünən, 17:55

UNEC-in Zaqatala filialının müəllimi vəfat edib

Cəmiyyət
Dünən, 17:42

Xınalıqlı çoban ailəsinin hekayəsi sənədli filmə çevrilir

Cəmiyyət
Dünən, 17:40

Xaçmazlılara ŞAD XƏBƏR: bu yol təmir edildi

Cəmiyyət
Dünən, 16:43

Məşhur filmin çəkildiyi dəyirman uçub

Cəmiyyət
Dünən, 15:40

Şabranın kəndinə giriş yolu belədir

İdman
Dünən, 14:40

Qubanı təmsil edəcək "Vətən Naminə"nin Region Liqasındakı rəqibləri bəlli olub

Cəmiyyət
Dünən, 13:40

Xaçmazın asfaltsız yolu, köhnə dirəkləri olan kəndi

Hadisə
Dünən, 12:50

Qubalı alim Maqsud Babayev vəfat edib

Hadisə
Dünən, 12:25

İsmayıllıda da zəlzələ oldu

Hadisə
Dünən, 11:40

Xaçmazda zəlzələ oldu

Cəmiyyət
Dünən, 11:36

Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edildi

Cəmiyyət
Dünən, 11:35

Anar Bayramov səhiyyə naziri təyin edilib

Bütün xəbərlər
Dünən, 11:30

TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib

Cəmiyyət
Dünən, 11:20

Zaqatalada itkin düşən 79 yaşlı kişi kameraya düşüb

Hadisə
Dünən, 11:01

Şamaxıda 7 yaşlı uşaq faciəvi şəkildə öldü

Cəmiyyət
Dünən, 10:27

Şimalda güclü külək əsir, yağış gözlənilir

Cəmiyyət
Dünən, 10:00

Bakı-Qəbələ-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin olunub

Hadisə
Dünən, 09:23

Qusarda 6 yaşlı uşağı avtomobil vuraraq öldürüb

Cəmiyyət
Dünən, 00:01

Vətən müharibəsinin 23-cü günü: XRONİKA

Hadisə
18 oktyabr 2026, 18:35

Şimalda dəm qazı təhlükəsi: Faciələr təkrarlanır, dərs çıxaran varmı?

Cəmiyyət
18 oktyabr 2026, 00:05

Bu gün Müstəqilliyin Bərpası Günüdür

Cəmiyyət
18 oktyabr 2026, 00:01

Vətən müharibəsinin 22-ci günü: XRONİKA

Oxşar xəbərlər