Şimal rayonlarında avqustun 21-nə olan faktiki hava açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən Shimal.News-a verilən məlumata görə, avqustun 20-si günün ikinci yarısından bəzi rayonlarda arabir şimşək çaxıb, yağış yağıb.
Yağıntı ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olub.
Düşən yağıntının miqdarı Şahdağda 18, Qusarda 10, İsmayıllıda 6, Xınalıqda (Quba) 4, Qəbələdə 3, Qaxda 2, Xaltan, Zaqatalada 1 mm-dək qeydə alınıb.
Şimal-qərb küləyi əsir, küləyin maksimal sürəti Şabranda 16 m/s-yə çatır.