top
Şabranda ailə 5 ildir qəzalı binada yaşayır - VİDEO
Video
15 avqust 2026, 09:08
- ↺ +

Şabranda ailə 5 ildir qəzalı binada yaşayır - VİDEO

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Şabran rayonunun Gəndab qəsəbəsində Şükürovlar ailəsi beş ildir ağır və təhlükəli şəraitdə yaşayır.

Məlumata görə, ailənin evi 4 avqust 2021-ci ildə baş verən yanğın nəticəsində tamamilə yararsız vəziyyətə düşüb.

Ramilə Şükürovanın sözlərinə görə, yanğın zamanı evdən heç nə çıxara bilməyib. Yalnız 4 yaşlı qızı Nəzrini xilas edə bilib.

Daha sonra kənd sakinlərinin köməyi ilə ailə üçün yeni evin tikintisinə başlanılıb. Lakin maddi imkan olmadığı üçün tikinti yarımçıq qalıb.

Hazırda Şükürovlar sovet dövründən qalma inzibati binanın bir otağında yaşayırlar. Binanın damı qəzalı olduğuna görə, yağış sularının içəri axdığı bildirilir.

Ailə üzvlərinin sözlərinə görə, otaqdan tez-tez ilanlar da çıxır. Bu isə xüsusilə uşaqların təhlükəsizliyi ilə bağlı narahatlıq yaradır.

Ailə başçısı Bəhmən Şükürov günəmuzd işləyərək ailəsini dolandırır. İş olmayanda isə sumağ yığıb satır.

Şükürovlar ailəsinin əsas arzusu yarımçıq qalan evlərinin tamamlanması və beş ildən sonra öz evlərinə qayıtmaqdır.

Məsələ ilə bağlı Şabran Rayon İcra Hakimiyyətindən bildirilib ki, qurumun ailəyə ev tikmək üçün kifayət qədər maliyyə imkanı yoxdur. Bununla belə, ailəyə imkan daxilində kömək göstəriləcəyi qeyd olunub.

https://www.instagram.com/reel/DcBepXQgR2U/?utm_source=ig_web_copy_link&igsh=MzRlODBiNWFlZA==

Mənbə: Bizim.Media

Son xəbərlər

Cəmiyyət
Bu gün, 00:05

Bu gün Zəngilan Şəhəri Günüdür

Cəmiyyət
Bu gün, 00:01

Vətən müharibəsinin 24-cü günü: XRONİKA

Hadisə
Dünən, 17:55

UNEC-in Zaqatala filialının müəllimi vəfat edib

Cəmiyyət
Dünən, 17:42

Xınalıqlı çoban ailəsinin hekayəsi sənədli filmə çevrilir

Cəmiyyət
Dünən, 17:40

Xaçmazlılara ŞAD XƏBƏR: bu yol təmir edildi

Cəmiyyət
Dünən, 16:43

Məşhur filmin çəkildiyi dəyirman uçub

Cəmiyyət
Dünən, 15:40

Şabranın kəndinə giriş yolu belədir

İdman
Dünən, 14:40

Qubanı təmsil edəcək "Vətən Naminə"nin Region Liqasındakı rəqibləri bəlli olub

Cəmiyyət
Dünən, 13:40

Xaçmazın asfaltsız yolu, köhnə dirəkləri olan kəndi

Hadisə
Dünən, 12:50

Qubalı alim Maqsud Babayev vəfat edib

Hadisə
Dünən, 12:25

İsmayıllıda da zəlzələ oldu

Hadisə
Dünən, 11:40

Xaçmazda zəlzələ oldu

Cəmiyyət
Dünən, 11:36

Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edildi

Cəmiyyət
Dünən, 11:35

Anar Bayramov səhiyyə naziri təyin edilib

Bütün xəbərlər
Dünən, 11:30

TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib

Cəmiyyət
Dünən, 11:20

Zaqatalada itkin düşən 79 yaşlı kişi kameraya düşüb

Hadisə
Dünən, 11:01

Şamaxıda 7 yaşlı uşaq faciəvi şəkildə öldü

Cəmiyyət
Dünən, 10:27

Şimalda güclü külək əsir, yağış gözlənilir

Cəmiyyət
Dünən, 10:00

Bakı-Qəbələ-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin olunub

Hadisə
Dünən, 09:23

Qusarda 6 yaşlı uşağı avtomobil vuraraq öldürüb

Cəmiyyət
Dünən, 00:01

Vətən müharibəsinin 23-cü günü: XRONİKA

Hadisə
18 oktyabr 2026, 18:35

Şimalda dəm qazı təhlükəsi: Faciələr təkrarlanır, dərs çıxaran varmı?

Cəmiyyət
18 oktyabr 2026, 00:05

Bu gün Müstəqilliyin Bərpası Günüdür

Cəmiyyət
18 oktyabr 2026, 00:01

Vətən müharibəsinin 22-ci günü: XRONİKA

Oxşar xəbərlər