top
Şabran sakini həyat yoldaşının ölümünün araşdırılmasını tələb edir
Foto
03 sentyabr 2026, 09:03
- ↺ +

Şabran sakini həyat yoldaşının ölümünün araşdırılmasını tələb edir

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Şabran rayon sakini Əfqan Süleymanzadə həyat yoldaşı, iki uşaq anası Anastasiya Zaxaryukun ölümünün hərtərəfli araşdırılmasını istəyir.

Şikayətçinin iddiasına görə, həyat yoldaşına 2025-ci ilin aprelində Şabran Rayon Mərkəzi Xəstəxanasında vaxtında və lazımi tibbi yardım göstərilməyib və onun reanimasiya şöbəsinə yerləşdirilməsi ilə bağlı problem yaranıb.

Əfqan Süleymanzadənin sözlərinə görə, Anastasiya Zaxaryuk aprelin 18-də səhhətində yaranan problem səbəbindən əvvəlcə özəl klinikaya, daha sonra isə Şabran Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Onun bildirdiyinə görə, müayinədən sonra həkim xəstənin ağciyərlərində maye toplandığını deyib və təcili reanimasiya şöbəsinə yerləşdirilərək süni tənəffüs aparatına qoşulmasını tövsiyə edib.

Şikayətçi iddia edir ki, reanimasiya şöbəsində müalicə üçün gündəlik 176 manat, 21 gün üçün isə ümumilikdə 3696 manat ödəniş tələb olunub. Onun sözlərinə görə, həmin vaxt bu məbləği tam ödəmək imkanı olmayıb və ilkin olaraq 1080 manat ödəməyi təklif edib. Lakin bu təklifin qəbul edilmədiyini bildirir.

Süleymanzadə həyat yoldaşının Bakı istiqamətində təcili yardım avtomobili ilə göndərilməsini istəyib. Onun sözlərinə görə, təxliyə üçün də 157 manat ödəniş alınıb.

Şikayətçi bildirir ki, Giləzi istiqamətində hərəkət zamanı təcili yardım əməkdaşından həyat yoldaşının vəfat etdiyini eşidib. Daha sonra Sumqayıtda ona Anastasiya Zaxaryukun artıq bir neçə saat əvvəl öldüyü deyilib.

Əfqan Süleymanzadə həyat yoldaşının ölümündən təxminən 40 gün sonra Şabran Rayon Prokurorluğuna müraciət etdiyini bildirir. Onun sözlərinə görə, əvvəlcə ölüm faktı ilə bağlı prokurorluğa məlumat daxil olmadığı deyilib, bundan sonra isə özü yazılı ərizə təqdim edib.

Şikayətçi hesab edir ki, rəsmi sənədlərdə ölüm vaxtı ilə bağlı ziddiyyətlər də araşdırılmalıdır. O, həmçinin həyat yoldaşının ölüm səbəbi kimi göstərilən "kəskin respirator çatışmazlığı" ilə reanimasiya şöbəsinə qəbul edilməməsi arasında mümkün səbəb-nəticə əlaqəsinin müəyyənləşdirilməsini istəyir.

Əfqan Süleymanzadə baş prokurora da müraciət etdiyini bildirərək hadisənin obyektiv araşdırılmasını və təqsirli şəxslər müəyyən olunacağı təqdirdə onların məsuliyyətə cəlb edilməsini tələb edir.

Qeyd edək ki, şikayətçinin səsləndirdiyi iddialarla bağlı aidiyyəti qurumların mövqeyi məlum deyil. Qarşı tərəfin açıqlaması olacağı təqdirdə dərc etməyə hazırıq.

Ağır vəziyyətdə olan xəstənin reanimasiyaya qəbul edilməməsinin səbəbi, göstərilən tibbi yardımın düzgünlüyü və bunun ölümə təsiri kimi məsələlər müvafiq tibbi sənədlərin araşdırılması və ekspertiza nəticəsində müəyyən edilə bilər.


Mənbə: Musavat.com

Son xəbərlər

Hadisə
Bu gün, 18:35

Şimalda dəm qazı təhlükəsi: Faciələr təkrarlanır, dərs çıxaran varmı?

Cəmiyyət
Bu gün, 00:05

Bu gün Müstəqilliyin Bərpası Günüdür

Cəmiyyət
Bu gün, 00:01

Vətən müharibəsinin 22-ci günü: XRONİKA

Hadisə
Dünən, 18:10

Qusarda çaqqalın yaraladığı qadın danışdı: "Günorta vaxtı hücum etdi"

Cəmiyyət
Dünən, 17:30

Qubada günlərdir palçıqlı su gəlir: "Bu suyu heyvanlar belə içməz"

Cəmiyyət
Dünən, 16:30

Qusarda bünövrəsi qoyulan körpünün tikintisi nə vaxt başa çatacaq?

Hadisə
Dünən, 15:30

Zaqatalada yük maşınının vurduğu 66 yaşlı qadın ölüb

Cəmiyyət
Dünən, 14:35

Xaçmazın mərkəzində yamaqlı, çala-çuxurlu yol

Cəmiyyət
Dünən, 13:38

Qubada məktəblilər arasında atıcılıq yarışı keçirilib

Hadisə
Dünən, 12:45

İsmayıllıda nasaz avtomobil sürücünün həyatına son qoydu

Cəmiyyət
Dünən, 11:46

Qusar məktəbi 3 vəzifə üzrə işçi axtarır

Cəmiyyət
Dünən, 10:50

Şimallı qəhrəman şəhidlərimizin doğum günüdür

Hadisə
Dünən, 10:04

Qubada 29 yaşlı kişinin meyiti tapıldı - iki ay əvvəl evlənmişdi

Cəmiyyət
Dünən, 09:06

Qəbələdə bu yolda asfalt yox, çuxur və gölməçə var

Cəmiyyət
Dünən, 00:05

Füzulinin işğaldan azad olunmasından 6 il ötür

Hadisə
Dünən, 00:03

Gəncənin 5-ci dəfə raket atəşinə tutulmasından 6 il ötür

Hadisə
Dünən, 00:01

Vətən müharibəsinin 21-ci günü: XRONİKA

Cəmiyyət
16 oktyabr 2026, 21:11

Qusarda selin dağıtdığı yolda bərpa işləri aparılır

Cəmiyyət
16 oktyabr 2026, 20:24

Anar Bayramov 5 rayonun sakinlərini qəbul edib

Hadisə
16 oktyabr 2026, 20:11

Ödənişli yolda yük maşını aşıb, bir nəfər ölüb

Cəmiyyət
16 oktyabr 2026, 18:00

Nazir: Hədəf kəndlərdə həyat səviyyəsinin yüksəldilməsidir"

Hadisə
16 oktyabr 2026, 17:27

Xaçmazın "məşhur" kəsişməsində növbəti qəza: avtomobil darvazaya çırpıldı

Cəmiyyət
16 oktyabr 2026, 17:00

Rəqəmsal inkişaf və nəqliyyat naziri Qəbələdə vətəndaşlarla görüşüb

Cəmiyyət
16 oktyabr 2026, 16:00

Babək Ramaldanovun anım günüdür

Oxşar xəbərlər