top
Qusarlı şəhid qızının tələbə olma sevinci
Bu gün, 15:41
- +

Qusarlı şəhid qızının tələbə olma sevinci

Ali məktəbə qəbul olmaq hər bir gəncin həyatında yeni səhifənin başlanğıcıdır. Bu səhifəyə öz arzuları, zəhməti və gələcəyə dair planları ilə qədəm qoyanlardan biri də şəhid mayor Sənan Zamanovun övladı Fidan Zamanovadır. Quba rayon Fizika, riyaziyyat və informatika təmayüllü liseyinin məzunu olan Fidan 550 balla Bakı Dövlət Universitetinin (BDU) Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin dövlət və ictimai münasibətlər ixtisasına qəbul olub.

Fidan qeyd edib ki, ali məktəb seçimi ilk gündən indiki istiqamətlə başlamayıb: 

"Əslində, ilk istəyim hüquq ixtisasına qəbul olmaq idi. Lakin bu istəyim baş tutmayanda düşündüm ki, özümə ən yaxın və uyğun istiqamət dövlət və ictimai münasibətlərdir. Buna görə də seçimimi bu ixtisasın üzərində saxladım. İndi isə əsas məqsədim seçdiyim sahəni dərindən öyrənmək, biliklərimi artırmaq və gələcəkdə bu istiqamətdə özümü davamlı inkişaf etdirməkdir. Hazırlıq prosesində mənə ən çox kömək edən evə verilən tapşırıqları vaxtında yerinə yetirməyim və mövzuları mütəmadi şəkildə öyrənməyim oldu. Dərsləri son günə saxlamaqdansa, hər gün müəyyən qədər hazırlaşmağa çalışırdım. Bu yanaşma həm mövzuları daha yaxşı mənimsəməyimə, həm də imtahanlara daha inamlı getməyimə kömək etdi.

İmtahan yaxınlaşdıqca həyəcan da artırdı. İnsan istər-istəməz qarşıdakı gün haqqında daha çox düşünür, nəticənin necə olacağını götür-qoy edirdim. Məndə ən çox imtahan stresi olurdu. Belə vaxtlarda ailəmlə və dostlarımla söhbət edirdim. Onların dəstəyi sayəsində fikirlərimi toparlayır, özümü daha rahat hiss edir və bu həyəcanı tədricən geridə qoyurdum. Nəticələrin elan olunduğu günü isə xüsusi hisslərlə xatırlayıram. Çox sevinmişdim. Çünki istədiyim ixtisasla topladığım bal arasında fərqin böyük olmadığını düşünür və qəbul olmaq şansımı o qədər də yüksək qiymətləndirmirdim. Tələbə adını qazandığımı görəndə bütün o həyəcanın, narahatlığın və çəkdiyim zəhmətin özünü doğrultduğunu hiss etdim. Həmin dəqiqələr mənim üçün çox fərqli və unudulmaz idi".

Fidan məktəb illərində də dərslərlə yanaşı, müxtəlif fəaliyyətlərdə iştirak etməyə çalışıb. O, məktəb komandası ilə intellektual oyunlarda iştirak edib. Hazırda isə asudə vaxtını mütaliəyə ayırır.

Mənbə: Azərtac

Son xəbərlər

Cəmiyyət
Bu gün, 16:16

Qusarda Eldar Hacıbalayevdən sonra həyat yoldaşı da vəzifədən getdi

Cəmiyyət
Bu gün, 15:00

Balakəndə örüş sahələri satılıb?

İqtisadiyyat
Bu gün, 14:03

Oğuzda rekord: 1 hektardan 35 tondan çox çiyələk yığıldı

Hadisə
Bu gün, 13:42

"Qanun" nəşriyyatının tərcüməçisi müəmmalı şəkildə Qubada öldü - YENİLƏNİB

Hadisə
Bu gün, 12:57

Siyəzəndə yük maşınları toqquşub, biri dərəyə aşıb

Hadisə
Bu gün, 11:53

Şəkidə deputatlığa namizəd olan müəllim faciəli şəkildə öldü

Hadisə
Bu gün, 10:53

Qubada təmir zamanı faciə: Usta öldü

Hadisə
Bu gün, 09:32

Şəkidə ağır qəza: 3 nəfər xəsarət aldı

İdman
Dünən, 17:45

Qubada "Ulduz Cup" beynəlxalq futbol turniri başa çatıb

Kriminal
Dünən, 17:32

Qəbələdə yasaq eşq yaşayan müəllim HƏBS OLUNDU

Hadisə
Dünən, 17:00

Qubada kişi həmyerlisini döydü: "Arvadımla münasibəti olduğunu eşitdim"

İdman
Dünən, 16:15

"Şamaxı" Qəbələyə itkisiz gəlir – oyun öncəsi son durum

İqtisadiyyat
Dünən, 15:24

Qubada balıqçılıq təsərrüfatının inkişafı müzakirə edildi

Cəmiyyət
Dünən, 14:48

Satira ustası Seyfəddin Dağlının doğum günüdür

Cəmiyyət
Dünən, 14:04

Şəkinin bu məktəbində 6 sinfin bütün məzunları tələbə adını qazandı

İdman
Dünən, 13:35

Qusarlı idmançı çempion oldu

Hadisə
Dünən, 12:39

Xaçmazda avtomobil 17 yaşlı piyadanı vurub öldürdü

Kriminal
Dünən, 11:53

Ağsuda 141 baş qoyun-keçi oğurlayan şəxs saxlanılıb

Cəmiyyət
Dünən, 11:20

Nazirlikdən güclü külək və sel təhlükəsi ilə bağlı XƏBƏRDARLIQ

Cəmiyyət
Dünən, 10:11

Zaqatala sakini 4 il məzuniyyətsiz işlədiyi oteldən gülə görə çıxarıldı

Bütün xəbərlər
Dünən, 09:11

Xaçmazda "Mütaliə və melodiya"

Cəmiyyət
26 avqust 2026, 18:06

Bəzi şimal rayonlarında külək güclənəcək

Hadisə
26 avqust 2026, 17:37

"Ulu Körpü"nün ətrafını hasarlayan CƏZALANDIRILDI

Oxşar xəbərlər