Qusar rayonunda yerləşən Heydər Əliyev zirvəsinə sentyabrın ilk günündə mövsümün ilk qarı yağıb.
Bu barədə Laza kənd sakini Xalid Əzizov məlumat verib.
Dəniz səviyyəsindən 3 751 metr yüksəklikdə yerləşən zirvəyə cüzi miqdarda qar düşüb. Yağıntının bu mövsümün ilk qarı olduğu bildirilir.
Mənbə: Bizim.Media