Qusar rayonunda piyadanın ölümü ilə nəticələnən avtomobil qəzası baş verib. Bu haqda ShimalNews 15 dekabr tarixində məlumat verir.
Qusar-Xudat yolunda "VAZ-2107" markalı avtomobil piyada olan 58 yaşlı Nizami Vəlibəyovu vurub. Nəticədə xəsarət alan yerindəcə dünyasını dəyişib. Onun meyiti ekspertizaya təhvil verilib.
Hadisəni törədib ərazidən uzaqlaşan sürücü axtarılır.