Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsinin Qusar Mədəniyyət Sektorunun müdiri Elvira Hacıbalayeva vəzifəsindən ayrılıb.
O, əzifədən azad olunması ilə bağlı öz ərizəsi ilə müraciət edib. İdarə sözügedən məlumatı təsdiqləyib.
Bundan öncə avqustun 25-də Qusar Rayon İcra Hakimiyyətinin Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin Ərazi-təşkilat məsələləri sektorunun müdiri Eldar Hacıbalayev vəzifəsindən azad edilib.
Qeyd edək ki, Eldar Hacıbalayevin vəzifədən azad edilməsinin səbəbi açıqlanmayıb.
Mənbə: Bizim.Media