Qusar rayon sakininin idarə etdiyi avtomobil qatarla toqquşub. Bu haqda ShimalNews 14 dekabr tarixində Azərbaycan Dəmir Yollarına istinadən məlumat verir.
Hadisə dekabrın 13-ü, saat 17:30 radələrində dəmir yolunun Bərdə-Yevlax marşrutunda baş verib. Qatar 22 km/saat sürətlə hərəkətdə olarkən Şahin Butayev idarə etdiyi “ATEKO” markalı yük avtomobili ilə dəmir yolunu gözləmədən keçmək istəyib və qəza baş verib.
Xəsarət alan olmayıb. Hadisə aidiyyəti üzrə araşdırılır.