Bu gün günorta saatlarında Qusar-Xudat yolunda yük avtomobilləri toqquşub. Bu barədə ShimalNews 28 noyabr tarixində məlumat verir.
Hadisə Qələcuq kəndi ərazisində baş verib. Zərbə nəticəsində yolun hərəkət hissəsinə avtomobillərin birinin qoşqusunda olan kərpic dağılıb.
Əraziyə polis əməkdaşları cəlb edilib. İlkin məlumata görə, xəsarət alan olmayıb.
[video width="288" height="640" mp4="https://shimal.news/storage/photos/2022/11/WhatsApp-Video-2022-11-28-at-16.35.40.mp4"][/video]