top
Qubada yol nişanının böyük qayıdışı
Foto
26 avqust 2026, 11:37
- ↺ +

Qubada yol nişanının "böyük qayıdışı"

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Quba şəhərində Olimpiya İdman Kompleksinin qarşısındakı yol nişanı ilə bağlı vəziyyət bir neçə ay ərzində üç dəfə dəyişib.

Shimal.News-un məlumatına görə, məsələ ilk dəfə cari ilin yanvar ayında gündəmə gəlib. Həmin vaxt sakinlər xəbərdarlıq etmişdilər ki, yeni yol nişanı quraşdırılıb və sürücülər dəyişiklikdən xəbərsiz olduqları üçün bilmədən qaydanı poza bilərlər.

Sakinlərin sözlərinə görə, əvvəl Heydər Əliyev prospektindən Quba şəhərinin mərkəzinə dönmək mümkün olduğu halda, yeni nişandan sonra sürücülər yalnız sağ istiqamətdə hərəkətlərini davam etdirməli olublar.

Lakin iki həftə sonra vəziyyət dəyişib. Sürücülərin narazılığından sonra sözügedən nişanın götürüldüyü bildirilib. Bununla da mərkəzə dönmək istəyən sürücülərin yaşadığı çaşqınlıq aradan qalxıb və hərəkət daha rahat təşkil olunub.

İndi isə avqust ayında həmin nişan yenidən quraşdırılıb.

Bu dəfə isə yolun hərəkət sxemində əlavə dəyişiklik də diqqət çəkir. Quba şəhərinin mərkəzinə geri qayıtmaq istəyən sürücülər Olimpiya Kompleksindən bir qədər aşağıda, "arka"nı keçdikdən sonra çəkilən yeni qırıq xəttdən dönərək əks istiqamətdə hərəkət edə bilərlər.

Yəni yanvar ayında sürücüləri çaşdıran nişan yenidən ortaya çıxıb, lakin bu dəfə yolun yeni xətlənməsi ilə birlikdə alternativ dönüş imkanı da yaradılıb.

Beləliklə, Qubada eyni yol nişanının taleyi də maraqlı "xronologiya" yaradıb: quraşdırıldı - narazılıq yarandı - götürüldü - aylar sonra yenidən quraşdırıldı.

Sürücülər üçün əsas məsələ isə yeni nişan və yol xətlərinin aydın və əvvəlcədən başa düşülən şəkildə tətbiq olunmasıdır.

Son xəbərlər

Hadisə
Bu gün, 18:35

Şimalda dəm qazı təhlükəsi: Faciələr təkrarlanır, dərs çıxaran varmı?

Cəmiyyət
Bu gün, 00:05

Bu gün Müstəqilliyin Bərpası Günüdür

Cəmiyyət
Bu gün, 00:01

Vətən müharibəsinin 22-ci günü: XRONİKA

Hadisə
Dünən, 18:10

Qusarda çaqqalın yaraladığı qadın danışdı: "Günorta vaxtı hücum etdi"

Cəmiyyət
Dünən, 17:30

Qubada günlərdir palçıqlı su gəlir: "Bu suyu heyvanlar belə içməz"

Cəmiyyət
Dünən, 16:30

Qusarda bünövrəsi qoyulan körpünün tikintisi nə vaxt başa çatacaq?

Hadisə
Dünən, 15:30

Zaqatalada yük maşınının vurduğu 66 yaşlı qadın ölüb

Cəmiyyət
Dünən, 14:35

Xaçmazın mərkəzində yamaqlı, çala-çuxurlu yol

Cəmiyyət
Dünən, 13:38

Qubada məktəblilər arasında atıcılıq yarışı keçirilib

Hadisə
Dünən, 12:45

İsmayıllıda nasaz avtomobil sürücünün həyatına son qoydu

Cəmiyyət
Dünən, 11:46

Qusar məktəbi 3 vəzifə üzrə işçi axtarır

Cəmiyyət
Dünən, 10:50

Şimallı qəhrəman şəhidlərimizin doğum günüdür

Hadisə
Dünən, 10:04

Qubada 29 yaşlı kişinin meyiti tapıldı - iki ay əvvəl evlənmişdi

Cəmiyyət
Dünən, 09:06

Qəbələdə bu yolda asfalt yox, çuxur və gölməçə var

Cəmiyyət
Dünən, 00:05

Füzulinin işğaldan azad olunmasından 6 il ötür

Hadisə
Dünən, 00:03

Gəncənin 5-ci dəfə raket atəşinə tutulmasından 6 il ötür

Hadisə
Dünən, 00:01

Vətən müharibəsinin 21-ci günü: XRONİKA

Cəmiyyət
16 oktyabr 2026, 21:11

Qusarda selin dağıtdığı yolda bərpa işləri aparılır

Cəmiyyət
16 oktyabr 2026, 20:24

Anar Bayramov 5 rayonun sakinlərini qəbul edib

Hadisə
16 oktyabr 2026, 20:11

Ödənişli yolda yük maşını aşıb, bir nəfər ölüb

Cəmiyyət
16 oktyabr 2026, 18:00

Nazir: Hədəf kəndlərdə həyat səviyyəsinin yüksəldilməsidir"

Hadisə
16 oktyabr 2026, 17:27

Xaçmazın "məşhur" kəsişməsində növbəti qəza: avtomobil darvazaya çırpıldı

Cəmiyyət
16 oktyabr 2026, 17:00

Rəqəmsal inkişaf və nəqliyyat naziri Qəbələdə vətəndaşlarla görüşüb

Cəmiyyət
16 oktyabr 2026, 16:00

Babək Ramaldanovun anım günüdür

Oxşar xəbərlər