Qubanın M.P.Vaqif və T.Əhmədov küçələrinin kəsişməsində avtomobil qəzası olub. Bu barədə ShimalNews 17 dekabr tarixində məlumat verir.
Hadisə dekabrın 16-sı saat 18:45 radələrində baş verib. “Hyundai” və “VAZ” markalı avtomobillər toqquşub. Xəsarət alan olmayıb.
Mübahisəli hal yarandığına görə yol polisi araşdırma aparır.