Qubada hərəkətdə olan nəqliyyat vasitəsi qəzaya uğrayıb. Bu barədə ShimalNews 23 avqust tarixində məlumat verir.
Hadisə Nügədi yolunda baş verib. “VAZ-2115” markalı avtomobil yol kənarındakı kolluğa düşüb. Xəsarət alan olmayıb.
Sürücünün sözlərinə görə, onun fikri yayınıb və nəticədə qəza şəraiti yaranıb. Bu zaman yoldan keçən digər avtomobillərin sürücüləri onun köməyinə gəliblər.