Qubada son günlər elektrik təminatında qeyri-stabillik yaranıb. Bu barədə ShimalNews 18 avqust tarixində məlumat verir.
Sakinlərin sözlərinə görə, rayon ərazisində son 3 gün ərzində daima fasilələr yaranır. Nəticədə məişət texnikası sıradan çıxır. Eləcə də artezianların çalışmaması su qıtlığına gətirib çıxarıb.
Dünən elektrik xəttindəki qısaqapanma nəticəsində baş verən qəza haqqında xəbər vermişdik.