Qubada yol-nəqliyyat hadisəsi baş verib. Bu barədə ShimalNews 12 avqust tarixində məlumat verir.
Hadisə avqustun 11-i, saat 18:30 radələrində H.Əliyev prospektində qeydə alınıb. “Lexus” və “Lada” markalı avtomobillər toqquşub.
Xəsarət alan olmayıb.
Hadisə iştirakçıları yol polisi və sığorta əməkdaşlarını çağırıblar.