Quba şəhərində “Toyota” markalı avtomobilin iştirakı ilə daha bir qəza baş verib. Bu barədə ShimalNews 26 avqust tarixində məlumat verir.
Hadisə Əliqulu Nərimanov ilə Qələbə küçələrinin kəsişməsində saat 16:40 radələrində qeydə alınıb. Burada “QAZ 3110” markalı avtomobil “Prado” markalı nəqliyyat vasitəsi ilə toqquşub. Qəza nəticəsində xəsarət alan olmayıb.
Daha öncə, Quba-Qonaqkənd yolunda “Toyota” və “Kia” markalı avtomobillər toqquşmuşdur.
[caption id="attachment_23174" align="alignnone" width="300"]
Photo Shimal.News[/caption]