Qubada bir sıra küçələrin elektrik təminatı qəzadan sonra bərpa edilib. Bu barədə ShimalNews 18 avqust tarixində məlumat verir.
Ötən gün “Qafqaz Oil” yanacaqdoldurma məntəqəsi ilə üzbəüz elektrik transformatoru sıradan çıxmışdır. Nəticədə Camo bəy Hacınski, Mircəfər Bağırov, Hüseynağa Məmmədbəyli və Kübrə Fərəcova küçələrində yaşayan əhali işıqsız qalmışdır.
Hadisə yerinə gələn “Azərişıq” ASC-nin əməkdaşları saat 21:00 radələrinədək təmir işləri apardıqdan sonra elektrik enerjisinin verilişi davam etdirilmişdir.