Qubanın Zərdabi qəsəbəsi ərazisində səhər saatlarında avtomobillər toqquşub. Bu haqda ShimalNews 30 yanvar tarixində məlumat verir.
Quba-Xaçmaz yolunda “VAZ”, “Volkswagen” və “Mitsubishi” markalı avtomobillərə xeyli ziyan dəyib. Xəsarət alan olmayıb.
Bildirilib ki, qəzaya səbəb yolun sürüşkən olması olub.