Quba-Xaçmaz yolunda qəza baş verib. Bu barədə ShimalNews 31 avqust tarixində məlumat verir.
Hadisə Alekseyevka kəndi ərazisində qeydə alınıb. “VAZ 2107” markalı avtomobil “Mercedes” markalı maşınla toqquşub. Hər iki nəqliyyat vasitəsinə ziyan dəyib. Əraziyə YPX və sığorta əməkdaşlar cəlb edilib.
“Mercedes” dönmək istəyən zaman “VAZ”-ın sürücüsü ara məsafəsi saxlamadığına görə ona arxadan çırpılıb.
Qəza nəticəsində xəsarət alan yoxdur.
[caption id="attachment_23442" align="alignnone" width="300"]
Photo Shimal.News[/caption]