Qubada, Tüləkəran kənd inzibati ərazi dairəsi üzrə yaşayış məntəqələrinin yollarında təmir işlərinə başlanılıb. Bu barədə ShimalNews 5 sentyabr tarixində Quba RİH-yə istinadən məlumat verir.
İcra başçısı Ziyəddin Əliyev əraziyə gedərək görülən işlərin gedişatı ilə yerindəcə tanış olub. O, Tüləkəran kənd İƏD üzrə ictimaiyyətin nümayəndələri ilə görüşüb, aidiyyəti şəxslərə lazımi tapşırıqlar verib.
Daha öncə Tüləkəran kəndinin yollarında asfalt örtüyünün olmaması haqda məlumat vermişdik.