Qubada M.P.Vaqif və H.Əliyev küçələrinin kəsişməsində avtomobil qəzası baş verib. Bu barədə ShimalNews 26 avqust tarixində məlumat verir.
Saat 16:00 radələrində “VAZ-21015” və “Opel Astra” markalı avtomobillər toqquşub. Hadisə yerinə yol polisi, evakuator xidməti, post patrul əməkdaşları cəlb edilib. Xəsarət alan olmayıb.
Şahidlərin sözlərinə görə, “015” öz yolu ilə hərəkət edirdi. Bu zaman “Opel” Vaqif küçəsindən Həsən Əliyev küçəsinə dönmək istəyib və qəza baş verib.
[caption id="attachment_23164" align="alignnone" width="300"]
Photo Shimal.News[/caption]