Qubada yol-nəqliyyat hadisəsi baş verib. Bu barədə ShimalNews 20 avqust tarixində xəbər verir.
Qəza Heydər Əliyev prospektində (“Araz” marketin qarşısında) saat 12:20 radələrində qeydə alınıb. Burada “Hyundai Tucson” markalı avtomobil “VAZ 2107” markalı maşın ilə toqquşub. Xəsarət alan yoxdur. Hər iki nəqliyyat vasitəsinə ziyan dəyib.
Hadisə yerinə YPX əməkdaşları cəlb edilib.