Quba-Bakı istiqamətində yolun deformasiyaya uğramış 66 kilometrlik hissəsinin yenidən qurulması işləri davam etdirilir. Bu barədə ShimalNews 6 sentyabr tarixində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) istinadən məlumat verir.
İşlərin aparıldığı ərazidə avtonəqliyyat vasitələrinin hərəkəti tam olaraq məhdudlaşdırılıb. Bu müddətdə əks istiqamət üzrə 2 tərəfli hərəkət təmin edilib.
Agentlik sürücülərdən təmir-bərpa işlərinin aparılmasına anlayışla yanaşmalarını, sözügedən ərazidə hərəkətdə olarkən diqqətli olmalarını xahiş edir.
Tikinti prosesinin cari ilin sonuna qədər yekunlaşdırılması planlaşdırılıb.