Qubada xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Bu barədə ShimalNews 5 sentyabr tarixində məlumat verir.
Alekseyevka kəndi ərazisində sentyabrın 4-ü, saat 12:10 radələrində 2 avtomobil toqquşub. Şahidlər bildiriblər ki, “UAZ” markalı avtomobil səhv dönmə əməliyyatı edib. Bu zaman əks istiqamətdə hərəkət edən “Nissan” markalı avtomobil ona çarpılıb.
“Nissan”-ın sürücüsü xəsarətlə xəstəxanaya çatdırılıb.