Qubada yol-nəqliyyat hadisəsi baş verib. Bu barədə ShimalNews 6 sentyabr tarixində məlumat verir.
Hadisə H.Əliyev prospektində (ASAN xidmətin qarşısında) qeydə alınıb. “Mercedes” və “VAZ 2107” markalı avtomobillər toqquşub. Əraziyə DYP-nin və sığortanın əməkdaşları cəlb ediliblər.
Xəsarət alan olmayıb.
Məlum olub ki, “07” dairəyə daxil olan zaman digər avtomobilə yol vermək üçün dayanıb. Bu vaxt “Mercedes” ona arxadan çarpılıb.