top
Qızımı vurmağım tərbiyə üsuludur - Xaçmazda Məhkəmə
19 avqust 2026, 08:58
- ↺ +

Qızımı vurmağım tərbiyə üsuludur - Xaçmazda Məhkəmə

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Xaçmazda 43 yaşlı kişi qızına xəsarət yetirib

Hadisə N.Tusi küçəsində yerləşən fərdi yaşayış evində baş verib.

1983-cü il təvəllüdlü Cahangir (ad şərtidir – red.) qızı Kəmalə ilə şəxsi münasibətlər zəminində mübahisə edib. Mübahisə zamanı qızına müxtəlif nahiyələrindən zərbələr endirib.

Cahangir məhkəmədə əməlini etiraf edib. O bildirib ki, qızı qonşuya getmək istədiyini deyib, buna etiraz etdikdən sonra aralarında mübahisə yaranıb.

"Mən törətdiyim əməldən peşmanam. Hesab edirəm ki, qızımı vurmağım tərbiyə üsuludur. Buna görə şikayət edilməsini düzgün hesab etmirəm. Mən qızımı vuranda dəmir dabankeşlə də vurmuşam", - deyə Cahangir bildirib.

Məhkəmədə Kəmalə atasının dediklərini təkzib edib. O, hadisənin anasının ünvanına işlədilən təhqiramiz ifadələrə etiraz etməsindən sonra baş verdiyini söyləyib.

Kəmalənin sözlərinə görə, bu, atasının ona ilk dəfə əl qaldırması deyil. O, əvvəllər də bir neçə dəfə döyüldüyünü bildirib.

Zərərçəkmiş atasının yumruq və dəmir parçası ilə ona zərbələr endirdiyini deyib. Bununla belə, Kəmalə atasından şikayətçi olmadığını və onunla barışdığını bildirib.

Xaçmaz Rayon Məhkəməsinin hökmü ilə Cahangir Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilib.

Onun barəsində olan cinayət işi üzrə icraata bəraətverici əsaslar olmadan xitam verilib.

Mənbə: Demokrat.az

Son xəbərlər

Cəmiyyət
Bu gün, 00:05

Bu gün Zəngilan Şəhəri Günüdür

Cəmiyyət
Bu gün, 00:01

Vətən müharibəsinin 24-cü günü: XRONİKA

Hadisə
Dünən, 17:55

UNEC-in Zaqatala filialının müəllimi vəfat edib

Cəmiyyət
Dünən, 17:42

Xınalıqlı çoban ailəsinin hekayəsi sənədli filmə çevrilir

Cəmiyyət
Dünən, 17:40

Xaçmazlılara ŞAD XƏBƏR: bu yol təmir edildi

Cəmiyyət
Dünən, 16:43

Məşhur filmin çəkildiyi dəyirman uçub

Cəmiyyət
Dünən, 15:40

Şabranın kəndinə giriş yolu belədir

İdman
Dünən, 14:40

Qubanı təmsil edəcək "Vətən Naminə"nin Region Liqasındakı rəqibləri bəlli olub

Cəmiyyət
Dünən, 13:40

Xaçmazın asfaltsız yolu, köhnə dirəkləri olan kəndi

Hadisə
Dünən, 12:50

Qubalı alim Maqsud Babayev vəfat edib

Hadisə
Dünən, 12:25

İsmayıllıda da zəlzələ oldu

Hadisə
Dünən, 11:40

Xaçmazda zəlzələ oldu

Cəmiyyət
Dünən, 11:36

Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edildi

Cəmiyyət
Dünən, 11:35

Anar Bayramov səhiyyə naziri təyin edilib

Bütün xəbərlər
Dünən, 11:30

TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib

Cəmiyyət
Dünən, 11:20

Zaqatalada itkin düşən 79 yaşlı kişi kameraya düşüb

Hadisə
Dünən, 11:01

Şamaxıda 7 yaşlı uşaq faciəvi şəkildə öldü

Cəmiyyət
Dünən, 10:27

Şimalda güclü külək əsir, yağış gözlənilir

Cəmiyyət
Dünən, 10:00

Bakı-Qəbələ-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin olunub

Hadisə
Dünən, 09:23

Qusarda 6 yaşlı uşağı avtomobil vuraraq öldürüb

Cəmiyyət
Dünən, 00:01

Vətən müharibəsinin 23-cü günü: XRONİKA

Hadisə
18 oktyabr 2026, 18:35

Şimalda dəm qazı təhlükəsi: Faciələr təkrarlanır, dərs çıxaran varmı?

Cəmiyyət
18 oktyabr 2026, 00:05

Bu gün Müstəqilliyin Bərpası Günüdür

Cəmiyyət
18 oktyabr 2026, 00:01

Vətən müharibəsinin 22-ci günü: XRONİKA

Oxşar xəbərlər