Oğuz rayonunda gənclərin kitaba marağının artırılması məqsədilə "Kitab karvanı" layihəsi təşkil olunacaq.
Shimal.News-un məlumatına görə, tədbir avqustun 20-də Oğuz Rayon Mədəniyyət Mərkəzinin qarşısında keçiriləcək.
Layihə çərçivəsində müxtəlif mövzularda kitablar nümayiş etdiriləcək.
İştirakçılar Azərbaycan klassikləri, uşaq ədəbiyyatı, tarix, detektiv və müasir ədəbiyyat nümunələri ilə tanış ola biləcəklər.
Tədbirə kitabsevərlər, gənclər, yeniyetmələr və rayon sakinləri dəvət olunur.