Əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev avqustun 28-də Qəbələdə Qəbələ və Oğuz sakinlərini qəbul edəcək.
Shimal.News-un məlumatına görə, qəbul zamanı vətəndaşların Nazirliyin səlahiyyətinə aid müraciətləri dinləniləcək.
Qaldırılan məsələlərin həlli ilə bağlı müvafiq tədbirlər görüləcək.
Qəbula yazılmaq istəyən vətəndaşlar 18-20 avqust tarixlərində Nazirliyə rəsmi müraciət edə və ya "142" Çağrı Mərkəzi ilə əlaqə saxlaya bilərlər.
Qəbul əvvəlcədən tərtib olunmuş siyahı əsasında keçiriləcək.