top
Ekspert: Boz Qafqaz dağ arısı Azərbaycanın milli sərvətidir
Foto
15 avqust 2026, 14:03
- ↺ +

Ekspert: "Boz Qafqaz" dağ arısı Azərbaycanın milli sərvətidir

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Zaqatala rayonunun Yuxarı Tala kəndinin dağlıq ərazisində Azərbaycanda ilk dəfə "Boz Qafqaz" dağ arılarının genefondunun öyrənilməsi və damazlığının inkişafı üçün yaradılan təcrid zonada sahə təlimi keçirilib.

Tədbir Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Aqrar Təlim Mərkəzinin təşkil etdiyi "Arı xəstəliklərinin idarə edilməsi: müasir çağırışlar və biotəhlükəsizlik" proqramı çərçivəsində baş tutub.

Təlimdə yerli və beynəlxalq ekspertlər, baytarlar, dövlət qurumlarının nümayəndələri və arıçılar iştirak ediblər.

Sessiyada arı xəstəliklərinin diaqnostikası, profilaktikası, biotəhlükəsizlik və müasir mübarizə üsulları müzakirə olunub.

Mütəxəssislər bildiriblər ki, son illər Azərbaycanda arı ailələrinin itkiləri müşahidə olunur. İqlim dəyişiklikləri, yağıntılar, quraqlıq və zərərvericilər arıların sağlamlığına və məhsuldarlığına təsir göstərən əsas amillər sırasındadır.

Beynəlxalq ekspert, professor Mustafa Necati Muz isə "Boz Qafqaz" dağ arılarının Azərbaycanın milli genetik sərvətlərindən biri olduğunu bildirib. Onun sözlərinə görə, bu arı növünün xüsusiyyətləri daha geniş araşdırılmalı və qorunmalıdır.

Qeyd edək ki, üç gün davam edən proqramın məqsədi arıçılara müasir və elmi əsaslı yanaşmaları öyrətmək, xəstəliklərin qarşısının alınması və arı ailələrinin qorunması üzrə bilikləri artırmaqdır.

Mənbə: Azərtac

Son xəbərlər

Cəmiyyət
Bu gün, 00:05

Bu gün Zəngilan Şəhəri Günüdür

Cəmiyyət
Bu gün, 00:01

Vətən müharibəsinin 24-cü günü: XRONİKA

Hadisə
Dünən, 17:55

UNEC-in Zaqatala filialının müəllimi vəfat edib

Cəmiyyət
Dünən, 17:42

Xınalıqlı çoban ailəsinin hekayəsi sənədli filmə çevrilir

Cəmiyyət
Dünən, 17:40

Xaçmazlılara ŞAD XƏBƏR: bu yol təmir edildi

Cəmiyyət
Dünən, 16:43

Məşhur filmin çəkildiyi dəyirman uçub

Cəmiyyət
Dünən, 15:40

Şabranın kəndinə giriş yolu belədir

İdman
Dünən, 14:40

Qubanı təmsil edəcək "Vətən Naminə"nin Region Liqasındakı rəqibləri bəlli olub

Cəmiyyət
Dünən, 13:40

Xaçmazın asfaltsız yolu, köhnə dirəkləri olan kəndi

Hadisə
Dünən, 12:50

Qubalı alim Maqsud Babayev vəfat edib

Hadisə
Dünən, 12:25

İsmayıllıda da zəlzələ oldu

Hadisə
Dünən, 11:40

Xaçmazda zəlzələ oldu

Cəmiyyət
Dünən, 11:36

Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edildi

Cəmiyyət
Dünən, 11:35

Anar Bayramov səhiyyə naziri təyin edilib

Bütün xəbərlər
Dünən, 11:30

TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib

Cəmiyyət
Dünən, 11:20

Zaqatalada itkin düşən 79 yaşlı kişi kameraya düşüb

Hadisə
Dünən, 11:01

Şamaxıda 7 yaşlı uşaq faciəvi şəkildə öldü

Cəmiyyət
Dünən, 10:27

Şimalda güclü külək əsir, yağış gözlənilir

Cəmiyyət
Dünən, 10:00

Bakı-Qəbələ-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin olunub

Hadisə
Dünən, 09:23

Qusarda 6 yaşlı uşağı avtomobil vuraraq öldürüb

Cəmiyyət
Dünən, 00:01

Vətən müharibəsinin 23-cü günü: XRONİKA

Hadisə
18 oktyabr 2026, 18:35

Şimalda dəm qazı təhlükəsi: Faciələr təkrarlanır, dərs çıxaran varmı?

Cəmiyyət
18 oktyabr 2026, 00:05

Bu gün Müstəqilliyin Bərpası Günüdür

Cəmiyyət
18 oktyabr 2026, 00:01

Vətən müharibəsinin 22-ci günü: XRONİKA

Oxşar xəbərlər