top
Dəvədabanı sakinləri: Pulu ailəmizə xərcləyək, yoxsa yola?
Video
19 avqust 2026, 17:29
- ↺ +

Dəvədabanı sakinləri: "Pulu ailəmizə xərcləyək, yoxsa yola?"

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Quba şəhərinin Dəvədabanı yaşayış massivində yol problemi illərdir həllini tapmır. Qarşıdan yağıntılı hava şəraitinin gəlməsi isə sakinləri yenidən narahat edir.

Shimal.News-a müraciət edən sakinlərin sözlərinə görə, yağış yağan kimi ərazidə yollar palçıq və bataqlığa çevrilir, bəzi küçələrdə isə gölməçələr yaranır.

Onlar bildirirlər ki, bu vəziyyət artıq illərdir davam edir. Yağıntı sularının kənarlaşdırılması üçün lazımi drenaj və kanalizasiya infrastrukturunun olmaması problemi daha da ağırlaşdırır.

Sakinlər deyirlər ki, qarşıdan qış və yağıntılı hava şəraiti gəlir. Bu isə onların eyni problemlə yenidən üzləşəcəyi deməkdir.

"Bilmirik, əziyyətlə qazandığımız pulu ailəmizə xərcləyək, yoxsa yolun yararlı hala salınmasına?" – sakinlərdən biri narazılığını belə ifadə edib.

Məsələnin yalnız yol örtüyü ilə məhdudlaşmadığı bildirilir. Əvvəllər ərazidə yağış sularının axıdılması üçün kanalizasiya və drenaj sistemlərinin olmaması səbəbindən küçələrin su altında qalması, piyadaların, xüsusilə məktəblilərin hərəkətində çətinlik yaranması barədə dəfələrlə məlumat verilib.

Sakinlərin sözlərinə görə, yağış suları bəzən günlərlə ərazidən çəkilmir. Nəticədə küçələrdə iri gölməçələr yaranır, avtomobillərin hərəkəti çətinləşir, piyadalar isə alternativ yollardan istifadə etməyə məcbur qalırlar.

Sakinlər bildirirlər ki, məsələ ilə bağlı aidiyyəti qurumlara dəfələrlə müraciət etsələr də, problem tam həllini tapmayıb.


 

Son xəbərlər

Cəmiyyət
Bu gün, 00:05

Bu gün Zəngilan Şəhəri Günüdür

Cəmiyyət
Bu gün, 00:01

Vətən müharibəsinin 24-cü günü: XRONİKA

Hadisə
Dünən, 17:55

UNEC-in Zaqatala filialının müəllimi vəfat edib

Cəmiyyət
Dünən, 17:42

Xınalıqlı çoban ailəsinin hekayəsi sənədli filmə çevrilir

Cəmiyyət
Dünən, 17:40

Xaçmazlılara ŞAD XƏBƏR: bu yol təmir edildi

Cəmiyyət
Dünən, 16:43

Məşhur filmin çəkildiyi dəyirman uçub

Cəmiyyət
Dünən, 15:40

Şabranın kəndinə giriş yolu belədir

İdman
Dünən, 14:40

Qubanı təmsil edəcək "Vətən Naminə"nin Region Liqasındakı rəqibləri bəlli olub

Cəmiyyət
Dünən, 13:40

Xaçmazın asfaltsız yolu, köhnə dirəkləri olan kəndi

Hadisə
Dünən, 12:50

Qubalı alim Maqsud Babayev vəfat edib

Hadisə
Dünən, 12:25

İsmayıllıda da zəlzələ oldu

Hadisə
Dünən, 11:40

Xaçmazda zəlzələ oldu

Cəmiyyət
Dünən, 11:36

Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edildi

Cəmiyyət
Dünən, 11:35

Anar Bayramov səhiyyə naziri təyin edilib

Bütün xəbərlər
Dünən, 11:30

TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib

Cəmiyyət
Dünən, 11:20

Zaqatalada itkin düşən 79 yaşlı kişi kameraya düşüb

Hadisə
Dünən, 11:01

Şamaxıda 7 yaşlı uşaq faciəvi şəkildə öldü

Cəmiyyət
Dünən, 10:27

Şimalda güclü külək əsir, yağış gözlənilir

Cəmiyyət
Dünən, 10:00

Bakı-Qəbələ-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin olunub

Hadisə
Dünən, 09:23

Qusarda 6 yaşlı uşağı avtomobil vuraraq öldürüb

Cəmiyyət
Dünən, 00:01

Vətən müharibəsinin 23-cü günü: XRONİKA

Hadisə
18 oktyabr 2026, 18:35

Şimalda dəm qazı təhlükəsi: Faciələr təkrarlanır, dərs çıxaran varmı?

Cəmiyyət
18 oktyabr 2026, 00:05

Bu gün Müstəqilliyin Bərpası Günüdür

Cəmiyyət
18 oktyabr 2026, 00:01

Vətən müharibəsinin 22-ci günü: XRONİKA

Oxşar xəbərlər