Şəki rayonu Nurpaşa Hümmətov adına Oxud kənd tam orta məktəbinin məzunu Əziz Qalib oğlu Qədirli qəbul imtahanında yüksək nəticə göstərib.
Shimal.News xəbər verir ki, o, Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən imtahanlarda I ixtisas qrupu üzrə 664.1 bal toplayıb.
Qeyd edək ki, Əziz Qədirli Bakı Ali Neft Məktəbinin Maliyyə ixtisasını seçib.