Xudatda məktəbəqədər təhsil müəssisələrinə uşaqların qeydiyyata alınması prosesində ləngimələr baş verib. Bu barədə ShimalNews-a 12 avqust tarixində izləyicilərimizdən məlumat daxil olub.
Bölgələrdə uşaqların elektron qeydiyyat prosesində valideynlərə köməklik məqsədilə alternativ mərkəzlər yaradılıb. Bu mərkəzlərin bəzilərinə müraciət edildikdə, onlardan növbəti gün yaxınlaşmaqları xahiş edilib.
Buna səbəb isə dünəndən başlayaraq elektrik təminatında fasilənin olduğu bildirilib.