Xudatda intihar hadisəsi baş verib .
“ShimalNews”-un əldə etdiyi məlumata görə, 21 yaşlı gənc qızın meyiti yaşayış evində aşkarlanıb. O, evin girişində özünü asaraq intihar edib. Hadisənin hansı səbəbdən baş verdiyi hələlik məlum olmasa da ilkin ehtimallara görə, mərhum sevgilisindən ayrıldığı üçün bu addımı atıb.
Faktla bağlı araşdırma aparılır.