top
“Xanlıqlar” muzey-parkı yaradılmalıdır
13 avqust 2025, 15:28
- ↺ +

“Xanlıqlar” muzey-parkı yaradılmalıdır

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Hər birimizə məlumdur ki, Azərbaycan qədim və zəngin tarixə malikdir. Şübhəsiz ki, keçmişimizi, kimliyimizi, milli-mənəvi dəyərlərimizi, ədəbiyyatımızı, mənəviyyatımızı və sairi indiki və gələcək nəsillərə sevdirmək üçün tariximizi sevməli və onun daim təbliği üçün əlimizdən gələni etməliyik. Düzdür, tariximizlə bağlı çoxsaylı ədəbiyyatlarımız, kinolarımız, sənədli filmlərimiz və digərləri olsa da, bu sahədə müəyyən boşluqlar hələ də var.

Mia.az-ın məlumatına görə, bunu Azərbaycan İnformasiya Mərkəzinin direktoru Təbriz Vəfalı yazır.

Tarixi sənədlərdən və faktlardan məlumdur ki, Nadir Şah Əfşar tərəfindən əsası qoyulmuş Əfşarlar imperiyasının zəifləməsindən və dağılmasından sonra XVIII əsrin 40-cı illərində Azərbaycan ərazisində müstəqil və feodol dövlətlər olan xanlıqlar yaranmağa başlayıb. Belə ki, Şimali Azərbaycan ərazisində Bakı xanlığı, Dərbənd xanlığı, Gəncə xanlığı, Cavad xanlığı, Talış xanlığı, İrəvan xanlığı, Naxçıvan xanlığı, Qarabağ xanlığı, Quba xanlığı, Şamaxı xanlığı, Şəki xanlığı, Cənubi Azərbaycan ərazisində isə Ərdəbil xanlığı, Marağa xanlığı, Maku xanlığı, Mərənd xanlığı, Qaradağ xanlığı, Qəzvin xanlığı, Şərab xanlığı, Təbriz xanlığı, Urmiya xanlığı, Xalxal xanlığı, Xoy xanlığı və Zəncan xanlığı mövcud olub.

Azərbaycan xanlıqları ilə bağlı apardığımız araşdırmalara görə, həm yazılı tariximizdə, həm də internet resurslarında xanlıqlarımızla, xanlıqları idarə etmiş ellər və tayfalar barədə yetərincə yetərincə məlumatlar və fotoşəkillər yoxdur.

Ona görə də Azərbaycanda “Xanlıqlar” muzey-parkının yaradılması mütləq vacibdir.

Bu muzey-parkda hər bir xanlıq barədə, onu idarə edən el və tayfa haqqında dolğun və ətraflı informasiyaları özündə əks etdirən məlumat lövhələri, tarixi sənədlərin kserekopyaları, portretlər və fotoşəkillər olmalıdır.

Məlumdur ki, dövlətçiliyin və müstəqilliyin müqəddəs rəmzlərindən biri də bayraqdır. Bu səbəbdən, sözügedən muzey-parkda xanlıqların bayraqları ucaldılmalıdır.

Digər tərəfdən, dövlət xəritəsi deyilən bir anlayış var. Bu xəritə hər bir dövlətin coğrafi sərhədlərini, ərazisini və digər xüsusiyyətlərini özündə əks etdirir. “Xanlıqlar” muzey-parkında xanlıqların xəritələri də nümayiş etdirilməlidir.

Sözügedən muzey-parkda xanlıqları idarə edən xanların və digər şəxslərin heykəlləri qoyulmalıdır, həmin dövrün yadigarı olan eksponatlar nümayiş etdirilməlidir.

Azərbaycan xanlıqları barədə sənədli və bədii filmlər çəkilməli, tamaşalar hazırlanmalı və onların “Xanlıqlar” muzey-parkında geniş auditoriyaya nümayişi üçün guşələr yaradılmalıdır. Hər il şagirdlərimizin bu muzey-parka ekskursiyası təşkil olunmalıdır.

Bu yolla həm tariximizi indiki və gələcək nəsillərə sevdirə bilərik. Həm də təhsilin, turizmin, iqtisadiyyatın və mədəniyyətin inkişafına əvəzsiz töhfə verə bilərik.

Xüsusilə də dünyada analoqu olmayacaq “Xanlıqlar” muzey-parkına həm yerli, həm də əcnəbi turistlərin axınının ilbəil sürətlənməsi qədim və şanlı tariximizin bölgələrimizdə və xarici ölkələrdə təbliğatına və turizmdən qazanılan gəlirlərin hər il artmasına, dövlət büdcəsinin zənginləşməsinə gətirib çıxaracaq.

Son xəbərlər

İdman
Bu gün, 13:00

"Şamaxı" 200-cü heç-heçəsinə imza atıb

Hadisə
Bu gün, 12:10

Qubalı iş adamına Moskvada qiyabi iş kəsildi

Cəmiyyət
Bu gün, 11:15

Şahdağda qar örtüyünün hündürlüyü 29 sm-dir

İdman
Bu gün, 10:26

Qubalı şəhidin anası futbol klubu yaratdı

Cəmiyyət
Bu gün, 09:29

Şimal bölgəsində qar: kəndlər ağ örpəyə büründü

Bütün xəbərlər
Bu gün, 09:04

Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib

Bütün xəbərlər
Bu gün, 00:05

Bu gün Azərbaycanda Dövlət Bayrağı Günüdür

Bütün xəbərlər
Bu gün, 00:01

Vətən müharibəsinin 44-cü günü – XRONİKA

Cəmiyyət
Dünən, 22:36

Ərdoğan Şuşada Bəxtiyar Vahabzadənin şeirini səsləndirdi

Cəmiyyət
Dünən, 15:12

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana rəsmi səfərə gəlib

Cəmiyyət
Dünən, 15:06

Prezident İlham Əliyev Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik edib

Bütün xəbərlər
Dünən, 00:05

Bu gün 8 Noyabr - Zəfər Günüdür!

Bütün xəbərlər
Dünən, 00:01

Vətən müharibəsinin 43-cü günü – XRONİKA

İqtisadiyyat
07 noyabr 2026, 17:59

Gübrə bahalaşır: fermerləri və ərzaq bazarını hansı risklər gözləyir?

İqtisadiyyat
07 noyabr 2026, 17:43

Qəbələnin iqtisadiyyatında musiqi alətləri istehsalının da yer aldığını bilirdinizmi?

Cəmiyyət
07 noyabr 2026, 16:27

Qubanın Çinarlı kəndində yük maşınları sakinləri narahat edir

Cəmiyyət
07 noyabr 2026, 16:06

Şimalda evi isitmək neçəyə başa gəlir? - SHİMAL.NEWS-un ARAŞDIRMASI

Cəmiyyət
07 noyabr 2026, 15:51

Səfura Əliyeva "Qabaqcıl təhsil işçisi" döş nişanına layiq görülüb

Hadisə
07 noyabr 2026, 14:19

Bakı-Şamaxı yolunda qəza: ölən və yaralanan var

Cəmiyyət
07 noyabr 2026, 13:00

Qarın hündürlüyü 5 santimetrə çatıb - Şimalda faktiki hava

Cəmiyyət
07 noyabr 2026, 12:08

Qaxda qatı duman və yağış müşahidə olunur - VİDEO

İqtisadiyyat
07 noyabr 2026, 11:30

Turizm biznesi üçün əlavə vergi güzəştləri təklif olunur

Cəmiyyət
07 noyabr 2026, 10:31

Qaxda Zəfər Günündə konsert və atəşfəşanlıq olacaq

Cəmiyyət
07 noyabr 2026, 10:07

Yalançı "İsmayıllı şoru" aşkarlandı – Müəssisənin fəaliyyəti dayandırıldı

Oxşar xəbərlər