Xaçmaz rayon MKS-nin Qaradağlı, Palçıqoba, Qusarçay, Ağarəhimoba kənd kitabxana filialları və Qusarçay Diyarşünaslıq klubunun əməkdaşları şəhidlərin məzarlarını ziyarət ediblər. Bu barədə ShimalNews 30 avqust tarixində Xaçmaz Regional Mədəniyyət İdarəsinə istinadən məlumat verir.
Qusarçay kəndindən olan şəhidlər Xaqani Əsgərov, Vüqar Sadıqov və Elsevər Əliyevin məzarları üstündə xatirələri yad olunub.
Şəhid Xaqani Əsgərov 1995-ci il avqustun 27-də anadan olub. O ailəli idi və özündən sonra 2 qızı yadigar qalıb.
Xaqani Əsgərov 2017-ci ildən müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olaraq xidmət edirdi. O, sentyabrın 29-da Füzuli döyüşləri zamanı şəhid olub.
On doqquz yaşlı Elsevər Əliyev Vətən müharibəsində Füzuli uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb. O ailədə iki bacının tək qardaşı idi.