Xaçmazın icra başçısı Elnur Rzayev şəhid Mayis Səmədovun qızının ali məktəbə qəbul olunması münasibətilə tədbir keçirib.
ShimalNews xəbər verir ki, Məleykə Səmədova ali təhsil müəssisələrinə qəbul imtahanlarında 550 bal toplayaraq Bakı Dövlət Universitetinin Dövlət və İctimai Münasibətlər fakültəsinə qəbul olunub.
Şəhidin ailə üzvləri İcra Hakimiyyətinə dəvət olunublar. E.Rzayev onlara təbrik və xoş arzularını çatdırıb. Sonra şəhid övladına fəxri fərman və xatirə hədiyyəsi təqdim olunub.
M.Səmədovun yoldaşı Ruhiyyə Səmədova səmimi dəvətə görə təşəkkürünü bildirib.